Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub

Qafar Ağayev17:14 - 14 / 05 / 2024
Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

1news.az xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.

Fransa Prezidentinin Sülh Sammitində iştirakını təsdiqlədiyini deyən Zelenski Sülh Formulunda xüsusilə də nüvə təhlükəsizliyi ilə bağlı məsələdə Fransanın vacib rol oynadığını qeyd edib: “Biz Qlobal Cənub ölkələrinin sammitdə iştiraka həvəsləndirilməsinin vacibliyini də müzakirə etdik və bu məsələ ilə bağlı mövqelərimizi razılaşdırdıq”.

Prezidentlər həmçinin cəbhədəki vəziyyəti də müzakirə ediblər: "Cəbhədəki vəziyyət, xüsusən Xarkov istiqamətində vəziyyəti hərtərəfli müzakirə etdik. Biz Ukraynanın müdafiə ehtiyaclarına, xüsusilə hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli raketlər və döyüş sursatları barədə danışdıq.

Fransanın Ukraynaya güclü müdafiə yardımına görə Prezident Makrona təşəkkür etdim və onu yaxın gələcəkdə ölkəmizə səfərə dəvət etdim”, -Zelenski qeyd edib.

Paylaş:
451

Sizin üçün xəbərlər

Son xəbərlər

Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladıBu gün, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölübBu gün, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edibBu gün, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?Bu gün, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndəribBu gün, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edibBu gün, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olubBu gün, 12:18Prezident mülki aviasiya işçilərini təltif edib - SİYAHIBu gün, 11:54Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşübBu gün, 11:43Xankəndidə 41 avtomat, 16 mindən çox müxtəlif çaplı patron tapılıbBu gün, 11:31Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:14DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıbBu gün, 11:12“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün tədbir təşkil ediblər - FOTO - VİDEOBu gün, 11:10Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:58Yol qəzası Şüvəlan istiqamətində sıxlığa səbəb olubBu gün, 10:46Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edibBu gün, 10:29Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıbBu gün, 10:18FHN ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət edibBu gün, 10:09Uşaqların Beynəlxalq Müdafiəsi günüdürBu gün, 10:02HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!Bu gün, 10:00
Bütün xəbərlər